Accessibility links

İraq siyasətçiləri qarşıdan gələn parlament seçkilərini boykot edə bilərlər


Sünni qrupları da daxil olmaqla, İraqın siyasi partiyaları qarşıdan gələn parlament seçkilərinin boykot edilə biləcəyini bildiriblər.

Siyasi partiyalar nüfuzlu sünni qanunverici və onun partiyasının seçkilərdə iştirakına icazə verilmədiyinə görə qəzəbləndirklərini bəyan ediblər.

Bu həftənin əvvəli İraq parlamentinin komitəsi Salah əl-Mutlakın Səddam Hüseynin əvvəllər hakimiyyətdə olan Bəəs partiyasının üzvlərini dəstəklədiyinə görə qarşıdan gələn seçkilərdə iştirakdan kənarlaşdırılması haqda qərar qəbul etmişdir.

Əl-Mutlak bu iddiaları rədd edərək qərarın dəyişdirilməsinə çalışacağını bildirib.

Siyasi partiyalar koalisiyasının sözçüsü Röyters xəbər agentliyinə deyib ki, partiyalar qadağa qüvvədə qalsa, partiyalar seçkilərdə iştiraklarını nəzərdən keçirəkcək.

XS
SM
MD
LG