Accessibility links

İranda altı məhbus edam edilib


İran rəsmiləri narkotik maddələr alverində ittiham edilmiş altı nəfəri edam ediblər.

İranın xəbər agentliklərinin verdiyi məlumata görə, həmin şəxslər bu gün Isfahan şəhərində həbsxanada asılıblar.

Qətl, zorlama, silahlı oğurluq və narkotik maddələr alverinəgörə İranda edam cəzası verilir.

Keçən il Amnesty İnternational təşkilatının illik hesabatında İran Çindən sonra edam cəzalarına görə dünya ölkələri arasında ikinci yerdə göstərilmişdi.

XS
SM
MD
LG