Accessibility links

Yəmən prezidenti əl-Qaidə ilə dialoqa hazır olduğunu deyir


Yəmən prezidenti Əli Abdulla Saleh deyib ki, ABŞ-ın terrorçu qrupa qarşı mübarizə aparmaq üçün təzyiqlərinə baxmayaraq, o, əl-Qaidə militantları ilə dialoqa hazırdır.

Bu gün dərc edilən müsahibə zamanı cənab Saleh əl-Qaidənin silahı yerə qoyub zorakılığı qınayan və düz yola qayıdan hər bir üzvü ilə danışığa hazır olduğunu bildirib.

Vaşinqton keçən ay ABŞ-a üçan sərnişin təyyarəsində bomba hücumu cəhdinə görə məsuliyyəti öz üzərinə götürən əl-Qaidənin Yəməndəki döyüşçülərinin qlobal təhlükəsizliyə hədə təşkil etdiyini hesab edir.

Yəmən hökuməti öz növbəsində zorakılığa qınamaqdan imtina edən əl-Qaidə militantlarına qarşı müvəffəq hərbi kampaniya aparmağa nail olduğunu iddia edir. Keçən ay əl-Qaidənin obyektlərinə hava hücumları nəticəsində 34 militantın qətlə yetirildiyini bildirilir.

Obama administrasiyası əlavə maliyyə fondları ayırmaq və təhlükəsizlik qüvvələrinə təlim keçirməklə Yəmənin əks-terror sahəsində səylərini gücləndirməsinə yardım etməyə söz verib.


XS
SM
MD
LG