Accessibility links

Xorvatiyadakı prezident seçkilərində müxalifət partiyasının üzvü qalib gəldi 


Xorvatiyanın müxalif Sosial Demokrat Partiyasından namizədliyini irəli sürən İvo Yosipoviç prezident seçkilərində qalib gəlmişdir. Xorvatiya Seçki Komissiyasının bildirdiyinə görə, cənab Yosipoviç dünən keçirilən seçkilərdə Zaqreb şəhərinin meri Milan Bandiçi məğlub etmək üçün səslərin təxminən 60%-ni qazanmışdır. İki həftə bundan əvvəl keçirilən ilkin seçkilərdə namizədlərdən heç biri qələbə əldə edə bilməmişdi.

Xorvatiyadakı prezident seçkilərinin qalibi hüquqşünas, professor və bəstəkar İvo Yosipoviç ölkədə yenidənqurma işlərində çalışan hər bir vətəndaşın mükafatlandırılacağını, cinayətin isə cəzalandırılacağını deyib. Prezident seçkilərinə kampaniyası zamanı cənab Yosipoviç Avropa Birliyinin əsas məsələlərindən olan korrupsiya və mütəşəkkil cinayətə qarşı mübarizə aparacağını demişdi.

XS
SM
MD
LG