Accessibility links

Hillari Klinton Asiyaya səfərə başlayır


ABŞ dövlət katibi Hillari Klinton bu gün Asiya – Sakit Okean hövzəsi ölkələrinə səfərə başlayıb. Səfərin gündəmində təhlükəsizlik, inkişaflar, ətraf mühit və bir neçə ölkə ilə güclü ikitərəfli münasibətlərin qurulması olacaq.

Səfərinə Havaydan başlayan xanım Klinton burada Yaponiya xarici işlər naziri Katsuya Okada ilə görüşəcək. Birləşmiş Ştatlar və Yaponiya arasında Yaponiyanın Okinava adasındakı ABŞ-ın Futenma hava bazasının köçürülməsi ətrafında mübahisə yaşanmaqdadır.

2006-cı il razılaşması hərbi dəniz qüvvələri bazasının şəhərdən sahildə yerləşən bir rayona köçürülməyini nəzərdə tutur. Ancaq Yaponiyada bəzi siyasi qruplar deyir ki, baza Okinavadan bütünlüklə çıxarılmalıdır.

XS
SM
MD
LG