Accessibility links

Hakim Yeni Azərbaycan partiyası bələdiyyə seçkilərində qalib gəlib


Azərbaycanın Mərkəzi Seçki Komissiyası 23 dekabr seçkilərində bələdiyyə üzvü seçilmiş şəxslər barəsində statistik məlumatları açıqlayıb.
Ümumilikdə 1709 bələdiyyəyə 15 591 nəfər seçilib. Onlardan 4157 nəfəri bitərəfdir (26,66%). 157 nəfər (1,01%) partiya mənsubiyyətini göstərməyib. 11 277 nəfər (72,33%) siyasi partiya nümayəndələridir. Hakim “Yeni Azərbaycan” Partiyasından 10 431 nəfər (və ya bələdiyyə üzvlərinin 66,9%-i) seçilib.
Digər partiyalardan bələdiyyə üzvü seçilənlərin sayı isə belədir: “Ana Vətən” Partiyası - 214 (1,37%), “Böyük Quruluş” Partiyası - 142 (0,91%), Azərbaycan Sosial Rifah Partiyası - 133 (0,85%), “Vətəndaş Həmrəyliyi” Partiyası - 115 (0,74%), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 95 (0,61%), Azərbaycan Ümid Partiyası - 43 (0,28%), Azərbaycan Kommunist Partiyası - 25 (0,16%), Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası - 18 (0,12%), Azərbaycan Milli İstiqlal Partiyası - 15 (0,10%), Vətəndaş Birliyi Partiyası - 14 (0,09%), "Ədalət" Partiyası - 3 (0,08%), Müasir Müsavat Partiyası - 5 (0,03%), Müsavat Partiyası - 3 (0,02%, seçilən partiya nümayəndəsi bitərəfdir), Demokratik Azərbaycan Dünyası Partiyası - 3 (0,02%), Klassik Xalq Cəbhəsi Partiyası - 3 (0,02%), Azərbaycan Demokrat Partiyası - 2 (0,01%), "Milli Vəhdət" Partiyası - 2 (0,01%), Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 (0,01%).
Seçilmiş bələdiyyə üzvlərinin 9979-nun ali, 2711 nəfərinin orta ixtisas, 2825 nəfərin orta, 76 nəfərin natamam ali təhsili var. 11517 nəfər (73,87%) kişi, 4074 nəfər qadın bələdiyyə üzvü seçilib.
Bələdiyyə üzvlərinin yaşına gəlincə, yaş qrupları üzrə təsnifat aşağıdakı kimidir: 21-30 yaş - 4243 (27,21%) nəfər, 31-40 yaş - 2615 (1677%), 41-50 yaş - 4781 (30,67%), 51-60 yaş - 3293 (21,12%), 60 yaşdan yuxarı - 659 (4,23%).

XS
SM
MD
LG