Accessibility links

Freedom House: Azərbaycanda repressiv siyasət dəyişməyib


Dünya boyu demokratiya və siyasi hüquqları müşahidə edən baş qərargahı ABŞ-da yerləşən Freedom House təşkilatı bildirir ki, artıq ardıcıl olaraq 4-cü ildir ki qlobal azadlıqların vəziyyəti pisləşib. Qrupun inkişafların da olduğunu da deməsinə baxmayaraq, keçən ilin göstəricisi hesabatın 40 illik tarixi ərzində ən uzun tənəzzül periodunun qeydə alındığını göstərir.

Freedom House deyir ki, İranda nümayişçilərə qəddar repressiyalar, Çində fəalların kütləvi həbsi, Rusiyada jurnalistlər və insan haqları fəallarının qətlə yetirilməsi ilə 2009-cu il insan hüquqları müdafiəçiləri və sivil vətəndaşlara qarşı repressiyaların intensivləşməsi ilə yadda qalıb.

Freedom House-un araşdırma direktoru Arç Paddinqtonun sözlərinə görə, keçən il 40 ölkədə müəyyən tənəzzüllər, 16 dövlətdə isə inkişaflar qeydə alınıb: “ Tənəzzül demək olar ki, dünyanın bütün hissələrində xüsusilə isə Afrika, Yaxın Şərq, Latın Amerikası və Post Sovet ölkələrində müşahidə olunub.”

Hər il Freedom House illik sorğu əsasında dövlətləri azadlıq göstəricisinə görə 3 hissəyə ayırır: Azad, Yarım Azad, Azad olmayan. Burada seçki azadlıqları da nəzərə alınır.
Sıralama sisteminə əsasən 194 ölkə və 14 ərazi nəzərdən keçirilir. Son göstəriciyə görə, azad ölkə və ərazilərin sayı dəyişməyərək 89 qalıb. Ancaq azad olmayan dövlətlərin sayı keçən ilki göstəricidən 5 ölkə çoxalaraq 47 olub.

Freedom House “azad olmayan” 9 dövləti azadlıq səviyyəsi “ən pis” dövlətlər kimi göstərir. Bu il onların sırasına Birma, Şimali Koreya, Tibet, Liviya, Sudan, Somali və başqaları daxildir.
Arç Puddinqton deyir ki, ümumi tənəzzülün səbəblərindən biri böyük təsir gücünə, geostrateji əhəmmiyyətinə arxayın olan Rusiya, Çin, Venesuela və İran kimi dövlətlərin kiçik avtoritar dövlətləri müdafiə etməsidir.

“Dünyada Azadlıq” hesabatının Mərkəzi Asiya, Post Sovet ölkələri bölməsində deyilir ki, Belarus, Ermənistan və Azərbaycan daxil olmaqla Rusiyanın avtoritar rejimli periferiyaları repressiv siyasətlərinin dəyişməsi istiqamətində addım atmayıb. İqtisadi tənəzzülün təsirlərinə məruz qalan və kütləvi korrupsiya problemləri ilə üzləşən Ukrayna isə post sovet ölkələri arasında yeganə azad dövlətdir.

Mərkəzi Asiya da dünyanın ən repressiv ərazisi olaraq qalır. Özbəkistan və Türkmənistan “Dünyada Azadlıq” hesabatında son yerlərə yaxın mövqedə qərarlaşıb.

Qırğızıstanın “Yarım azad” ölkələr siyahısında Azad olmayan sırasına düşməsi narahatlıq doğurub. Türkiyənin mövqeyi dəyişməsə də, hesabatda deyilir ki, Konstitusiya məhkəməsinin kürd tərəfdarı Demokratik Cəmiyyət Partiyasını bağlanması ilə ölkədə azadlıqların vəziyyətində pisləşmə müşahidə edilib.

Mövzuya uyğun

XS
SM
MD
LG