Accessibility links

Yəmən ruhaniləri xarici hərbi qüvvələr ölkəyə müdaxilə etdikləri təqdirdə cihada çağırıb


Yəmənin ruhani şurası xarici hərbi qüvvələr ölkəyə müdaxilə etdikləri təqdirdə cihada çağırıb. Bu gün 150 ruhani tərəfindən imzalanan bu bəyanatda deyilir ki, xarici hərbi qüvvə Yəmənə müdaxilə edərsə, İslam öz davamçılarından cihada qatılmağı tələb edir. Əl-Qaidə ilə mübarizə aparan Yəmənin Müdafiə Nazirliyi Yəmən vətəndaşlarını təşkilatın yaraqlıları ilə heç bir əlaqəyə girməməyi tövsiyə edib.

Yəmənin təhklükəsizlik qüvvələri dünən Şabva vilayətində keçirdikləri əməliyyatlar zamanı Əl-Qaidənin bu bölgədəki lideri Abdulla Əl-Mehdəri qətlə yetirmiş, 4 yaraqlını isə ələ keçirmişlər.


XS
SM
MD
LG