Accessibility links

Pakistanda Taliban terror liderinin sağ olduğunu iddia edir


Pakistanın taliban lideri Hakimulla Məhsud şənbə günü Birləşmiş Ştatların pilotsuz təyyarəsinin raket hücumu nəticəsində xəsarət almadığını bəyan edən yeni audio kaset yayıb. Audio yazıda Məhsud yaralanmadığını demiş və cümə axşamı Cənubi Vəziristana Birləşmiş Ştatların pilotsuz təyyarəsinin raket zərbəsi nəticəsində Hikmətulla Məhsudun öldürüldüyü güman edilən hücum haqda söz açmışdır.Pakistanın taliban qrupu cümə günü Məhsudun sağ olduğunu bildirən kaset yaymışdı.Lakin həmin kasetdə tarix qeyd olunmurdu.Bundan öncə Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayədəsi Riçard Holbruk müxbirlərə deyib ki, Pakistan taliban qrupunun lideri Hakimulla Məhsudun raket hücumu nəticəsində ölüb-ölmədiyini bilmir. O, deyib ki, əgər Məhsud diridirsə, o, dünyanın ən pis adamlarından biridir.
XS
SM
MD
LG