Accessibility links

BMT Baş katibi: Haitinin presedenti olmayan beynəlxalq yardıma ehtiyacı var


BMT-nin baş katibi Ban Ki Mun bildirir ki, kecən həftə baş verən güclü zərzələdən sonra Haitidə beynəlxalq ictimaiyyətin indiyədək presedneti olmayan yardıma ehtiyacı var.

Baş katib Ban son on illərdə ən ciddi humanitar böhran adlandırdığı fəlakətdən sonra yardım səylərini müşahidə etmək məqsədilə Haitiyə səfər edib. O deyib ki, BMT-nin prioritetləri yardım səylərini koordinasiya edərək, təcili humanitar yardımı göstərmək və mümkün olduqca daha çox insanın həyatını xilas etməkdən ibarətdir.

Haiti rəsmiləri bildirirlər ki, 40 min cəsəd kütləvi qəbirisitanlıqda dəfn edilib və təbii fəlakət nəticəsində ölənlərin sayı 200 mindən nəfərə çata bilər. Beynəlxalq yardım işçiləri 7 bal gücündə baş vermiş zəlzələdən 5 gün sonra insanlara ən çox ehtiyac duyulan su və tibbi ləvazimat çatdırmağa çalışırlar.

Birləşmiş Ştatların yüsək rütbəli komandiri, Haitidə təbii fəlakətin nəticələrinin aradan qaldırılması səylərinə nəzarət edən general leytinant Ken Keen deyir ki, zəlzələ nəticəsində yollar dağıldığına görə, yardım işçiləri lazım olan avadanlığı vertolyutlar vasitəsilə çatdırmalı olur.

Zəlzələdən ən çox zərər çəkən paytaxtı Port o Prinsdə zorakılıq və talançılıq baş verdiyinə dair məlumatlardan sonra sağ qalan insanlar buranı tərk etməyə başlayıb. Qırmızı Xaç cəmiyyətinin sözçüsü Matthevv Koçrey bildirib ki, yardım işçiləri paytaxt ətrafında yerlərə getmək çətin olduğu üçün bu yerlərə lazımi diqqəti verə bilmirlər. Lakin o deyib ki, ilkin məlumata əsasən, təbii fəlakət nəticəsində cənub-şərqdə yerləşən Leogane şəhərinin 80 faizi və yaxınlıqdakı Grossier şəhərinin isə təxminən yarısı dağıdıb.

Bu arada, BMT Haitidəki xüsusi nümayəndə Hedi Annabi və onun müavini Luiz Karlos de Kosta, habelə BMT-nin Polis qüvvələri komissari Doug Coatesin zəlzələ nəticəsində həlak olduğunu təsdiq edib. Onların cəsədi BMT-nin Port-o-Prensdəki baş qərargahının dağıntıların altından tapılmışdır.

XS
SM
MD
LG