Accessibility links

Massaçusetsdəki senat seçkiləri ABŞ-da siyasi balansı müəyyən edir


ABŞ-ın şimal-şərqi Massaçusets ştatında seçicilər yeni senator seçirlər. Bu senat seçkiləri Prezident Barak Obamanın qanunverici planları üçün həyati əhəmiyyət daşıyır. Mərhum Ted Kennedinin ABŞ Senatındakı yeri uğrunda gedən yarışda ştatın baş prokuroru, Demokrat Marta Koukli Respublikaçı ştat senatoru Skott Braundan ciddi rəqabətlə üzləşir. Braunun qələbəsi Demokratların ABŞ Senatındakı superçoxluğunu aradan qaldıracaq və onların səhiyyə islahatları kimi qanunların qəbulunda Respublikaçıları əksər səs çoxluğu ilə üstələməsi imkanlarını məhdudlaşdıracaq. Hər iki namizəd seçkilərə bir gün qalmış kampaniyalarını davam etdirmiş, Marta Koukli Prezident Barak Obamanın dəstəyini nümayiş etdirən videoreklam açıqlamışdır.
XS
SM
MD
LG