Accessibility links

Robert Qeyts Hindistandadır


ABŞ müdafiə naziri Robert Geytsin bildirdiyinə görə, terrorçu qruplar bir-birinin uğurundan yararlanmaq və bütün regionda təhlükəsizliyə hədə yaratmaq üçün Əfqanıstan-Pakistan sərhədində birgə işləyirlər. Bu gün Hindistanda ölkənin müdafiə naziri ilə görüşdən sonra danışan cənab Geyts deyib ki, Cənubi Asiyada bir terrorçu qrup hücum həyata keçirəndə bütün qruplar fürsət və reputasiya əldə edir. Geyts Əl-Qaidə, Taliban və Hindistanın 2008-ci il Mumbay terror hücumuna görə ittiham etdiyi Pakistanın yaraqlı qrupu Ləşkəri Təyyibə də daxil olmaqla regionda fəaliyyət göstərən bir sıra qrupların adını çəkib. Hindistanın Mumbay hücumundan sonra təmkin nümayiş etdirməsinə baxmayaraq, ikinci belə hücum Dehlinin səbrinin tükənməsinə gətirib çıxara bilər. O, deyib ki, Hindistan və Pakistan hər iki ölkə üçün hədə törədən belə hücumlara qarşı əməkdaşlıq etməlidir.
XS
SM
MD
LG