Accessibility links

ABŞ-ın sabiq prezidenti Corc Buş Haitiyə yardım səylərinə qoşulub


Haitidə dağıntıların görünüşü Corc Buşu yenidən diqqət mərkəzinə qaytarıb. O, deyir ki, bu əzabın görünütləri ürək ağrıdır. Və o, Haiti xalqına mesajının olduğunu deyir: “Dünya boyu insanlar sizin üzləşdiyiniz çətinliklərdən agahdır və sizin həyatlarınız bizim üçün mühümdür”.

Yardımın paylaşdırılması ilə bağlı beynəlxalq səylər ləng olub. Səbr bəzən tükənir. Amma cənab Buş sakitliyə çağırır: “Mən Haiti xalqının keçirdiyi hissləri tamamilə anlayıram. Amma ümid edirəm ki, Haiti xalqı bilir ki, bizim hökumətimiz hərbçilər və Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi ilə birgə əlindən gələni edir ki, sizə tez bir zamanda ərzaq, dərman və su çatdırsın” – deyə Corc Buş bildirir.

Sabiq ABŞ prezidenti deyir ki, onun narahatlığının səbəbi həm də şəxsidir. O, hakimiyyətdə olduğu dönəmdə Afrika və karib hövzəsi ölkələrinə QİÇS-ə qarşı mübarizə aparmaq üçün PEPFAR proqramını başlatmışdı: “Mən Haiti ilə məşğul olurdum. QİÇS-dən əzab çəkən insanlar məni düşündürürdü. PEPFAR Haitidə lazımi dərmanlar almaq üçün 320 milyon dollar xərcləyib”.

O, deyir ki, PEPFAR haitidə uzun müddət qalacaq. Şənbə günü təsis olunandan bəri 10 milyon dollar toplamış Klinton-Buş Haiti Fondu da həmçinin.

“Bill Klinton və mən Haiti xalqının bilməsini istəyirik ki, hazırkı dərin böhran sabitləşəndən sonra da biz sizi unutmayacağıq” – deyə sabiq president bildirir.

2005-ci ildə Katrina Qasırğası və 2004-cü ildə Hind Okeanında tsunami kimi nəhəng təbii fəlakətlər cənab Buş prezident olarkən böyük təlafatlara səbəb olmuşdu.

O, bu fəlakətlərdən mühüm dərslər öyrəndiyini deyir. Birincisi, ehtiyacı olanalara yardım heç zaman vaxtında çatmır. Bir dəki , faciə baş verəndə oinsanlar yardım göstərməyə hazır olurlar: “Haiti xalqı tək deyil. Dünya sizi qucaqlaya bilməz, lakin ayaq üstə yenidən durmaq üçün kömək göndərə bilər”.

Cənab Buş hakimiyyəti tərk edəndən bəri diqqət üçün darıxmadığını deyir. Lakin bu mühüm işə töhfə verməkdən ötrü nə qədər az da olsa hazırkı anonimliyini qurban verməyə hazır idi.

XS
SM
MD
LG