Accessibility links

Litvanın xarici işlər naziri istefa verdi


Litvanın xarici işlər naziri ölkəsinin ABŞ kəşfiyyatı üçün gizli həbsxanalar saxlaması barədə iddialarla bağlı prezidentlə arasında yaranan gərginliklə əlaqədar istefa verib. Nazir Viqaudas Usakas və prezident Daliya Qribauskayte parlamentin apardığı təhqiqatın Mərkəzi Kəşfiyyat Agentliyinin Əl-Qaida şübhəlilərini saxlamaq üçün Litvada gizli məhbəslər yaratması qənaətinə gəldikdən sonra toqquşublar. Lakin təhqiqat həmin obyektlərdə məhbusların saxlanmasını sübuta yetirməyib. Prezidentlə xarici işlər naziri arasında toqquşmanın başqa mənbəyi qonşu Belarus və onun avtoritar lideri ilə münasibətlər olub. Usakas Belarusa qarşı daha sərt mövqe tutmağın tərəfdarıdır
XS
SM
MD
LG