Accessibility links

İran turizm nazirinin israilli həmkarı ilə görüşdüyünü inkar edir


İran turizm nazirinin İspaniya paytaxtı Madriddə isralli həmkarı ilə görüşdüyünə dair mətbuat xəbərlərini təkzib edir.

İranın dövlət mətbuatı bildirir ki, İsrail və Britaniya mətbuatında verilmiş xəbərlər dünyanın diqqətini İranın İsraili fələstinlilərə münasibətdə cinayətkar kimi təsvir etməsindən yayındırmaq məqsədi daşıyır.

Mətbuat xəbərlərində deyilir ki, İsrailin Turizm naziri Stas Misejnikovla İranın Turizm naziri Həmid Bağaei dünən İspaniya kralının verdiyi ziyafət zamanı bir-birinin əlini sıxıblar. İsrail mətbuatı Misejnikova istinadən xəbər verib ki, İranın naziri ona turizmin illərdir düşmən olan iki ölkə arasında sülh körpüsü ola biləcəyini deyib.


XS
SM
MD
LG