Accessibility links

Ukrayna kimi seçəcək - Qərb yoxsa Şərq?


Yuliya Timoşenkonun Qərbyönümlü mövqeləri aydındır. Ancaq bazar günü keçirilən seçkilərdə Viktor Yanukoviçin qələbəsində sonra Ukrayna telekanalı vasitəsilə söylədiyi xarici siyasətə dair nitqi göstərir ki, cənab Yanukoviç Ukraynanın Avropaya inteqrasiya siyasətini davam etdirə bilər: “Viktor Yanukoviçin sözlərinə görə, ölkənin başlıca prioriteti Rusiya ilə tərəfdaşlığı bərpa etməklə yanaşı birgə maraqlar daxilində ABŞ, Avropa Birliyi və Böyük İyirmiliyin əsas üzvləri ilə tərəfdaşlıqdır”.

Polşa parlamentinin üzvü Mariuz Kaminski Amerikanın Səsinə bildirib ki, ikinci raund seçkilərdə kimin seçilməsindan asılı olmayaraq Ukrayna Qərbyönümlü siyasətini davam etdirəcək: Kaminski deyir ki, onun Yanukoviçin Regionlar Partiyasının üzvləri ilə söhbətləri göstərir ki, onlar Avropaya inteqrasiyanın kontekstini tam başa düşür. Bu, artıq Yanukoviçin partiyasına mübahisəli məsələ deyil.

Rusiya qanunverici Sergey Markov isə deyir ki, president Viktor Yuşçenkonun ağır məğlubiyyəti seçicilərin hətta 3-cü və 4-cü yerdə olan Serhiy Tihipko və Arseniy Yatsenyukun daha yaxşı iqtisadi siyasət platformasına rəğbəti göstərir.

Markov eyni tənqidləri Yuliya Timoşenkoya da şamil edir. Bunlara Gürcüstanla yaxın münasibətlərin qurulması, rus dilindən istifadənin azadlıması və İkinci Dünya Müharibəsi zamanı Ukraynanın anti-Sovet partizanlarına mübahisəli dəstəyi daxildir. Bununla yanaşı, Markov deyir ki, xanım Timoşenko Tihipko və Yatsenyukun iqtisadi praqmatizmini dəyərləndirəcək. Markov deyir ki, Ukrayna və Rusiya birgə hava və səma sənayelərini, nüvə maşınqayırma, gəmiqayırma, metallurgiya sənayesini, qlobal bazarda üçüncülüyə nəzarət etmək üçün Qazaxıstanla buğda kartelini inkişaf etdirməlidir və bunlar hamısı müasir iqtisadi inkişaflardır.”

Markov Ukraynanın NATO üzvlüyü ilə bağlı Kaminskinin mövqeyi ilə razılaşmır. Rus qanunvericinin sözlərinə görə, 2008-ci il Gürcüstan müharibəsindən sonra məsələyə son qoyulub.
Mariuz Kaminski deyir ki, Polşa məsələsində olduğu kimi Rusiya Ukraynanın NATO üzvlüyünə müxalifliyindən də əl çəkməlidir. O, Avropa həmkarları ilə Parlamentin Müdafiə komitəsi səviyyəsində Ukraynanın NATO-ya üzvlüyünə lobbiçiliyini davam etdirdiyini bildirir.

Kaminski deyir ki, NATO məsələsi ilə bağlı edilməli olan başlıca məsələ Ukrayna vətəndaşları ilə alyansın üstünlükləri barədə müzakirələr aparmaqdır. Müzakirələrdə Qərb və Rusiya daxil olmaqla hamı iştirak etməlidir

Markov isə Obama administrasiyasının Ukrayna ilə bağlı neytral mövqeyini müsbət qarşılayır.

Qanunverici deyir ki, Ukrayna Qərb və Şərq arasında münaqişə mərkəzi olmamalı, Rusiya ilə əməkdaşlıq nöqtəsi olmalıdır.

Markovun sözlərinə görə, Avropaya Ukrayna ilə Rusiyanın yaxşı münasibətdə olması lazımdır. Kaminski isə deyir ki, Ukrayna qitəyə bir neçə səbəbdən lazımdır. Bunlardan biri də təbii qazın nəqli məsələsidir.

Mövzuya uyğun

XS
SM
MD
LG