Accessibility links

Merilənd Universiteti Azərbaycana tələbə göndərəcək


Bu yaxınlarda Birləşmiş Ştatların Merilend Universiteti xaricdə təhsil proqramı çərçivəsində Azərbaycana tələbə göndərəcəyini açıqlayıb. Bu proqram Azərbaycanın Xəzər Universiteti ilə Merilənd Universiteti arasında mübadilə proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqramla Azərbaycana ilk olaraq amerika azərbaycanlısı Hökumə Kərimova gedəcək. Universitetin nəzdində belə proqramın yaradılması həm də onun təşəbbüsü ilə həyata keçirilib. Müəllimi Riçard Veysmillerin bələdçiliyi ilə Hökumə Kərimova “Azərbaycanda Yay Ətraf Mühiti” lahiyəsi yaradıb. Lahiyənin mahiyyəti yalnız amerikalı tələbələri Azərbaycanın ətraf mühiti və ətraf mühit problemləri ilə tanış etməkdən ibarət deyil. Azərbaycanlı tələbə Hökumə Kərimova: “Bu proqramın əsas məqsədi Merilend Universitetinin tələbələrinə Azərbaycan xalqını, tarixini, onun mədəniyyətini və ölkəmizin gözəl təbiətini təqdim etmək və eyni zamanda bu proqram çərçivəsində Xəzər Universitetinin tələbələrinin Amerikaya səfər edib, onun tarixini həyatını və təbiətini öyrənməkdir”.

Merilend Univrsitetinin Psixologiya fakultəsinin 3-cü kurs tələbəsi deyir ki, iki həftəlik proqramın çərçivəsində bir çox fəaliyyətlər həyata keçiriləcək. “ Birinci həftə sinifdə dərslər keçiriləcək, ikinci həftə isə ölkənin gözəl yerlərinə səfər ediləcək” – dəyə azərbaycanlı tələbə bildirir.

Mübadilə proqramı şəklində həyata keçirələcək lahiyəyə görə, ilk olaraq bu il may ayının 24-dən iyunun 4-dək amerikalı tələbələr Azərbaycanda olacaq. Gələn il isə Xəzər universitetində təhsil alan azərbaycanlı tələbələr 2 həftə ərzində Amerikada olacaq. Proqramı universitetlərin maliyyələşdirdiyini bildirən Hökumə Kərimova belə lahiyələrin Azərbaycanın tanınması üçün vacib olduğunu və bu kimi proqramların həyata keçirilməsi üçün gələcəkdə də təşəbbüslər göstərəcəyini deyib.

Mövzuya uyğun

XS
SM
MD
LG