Accessibility links

Asiyada səhm birjaları prezident Obamanın planına reaksiya verir


Bu gün investorlar ABŞ prezidenti Barak Obamanın ölkənin ən iri bankları və kredit institutlarına yani nizamlamalar tətbiq etmək planına reaksiya verirkən Asiyada səhm bazarlarının indeksi kəskin enib. Yaponiyanın Nikkey indeksi günün sonunda 2.5 faiz dəyərini itirmiş. Manila, Şanqhay, Sidney və Tayvanda da bazarlar dəyərini 1-2 faiz arasında itirib. Asiyada səhm birjalarının düşməsi dünən Vol Stritdə oxşar hadisənin ardınca baş verir. Oktyabrdan bəri ən iri tənəzzüldə Dow Jones və S&P indeksləri dəyərlərinin 2 faizini itirib. Cümə axşamı söylədiyi nitqdə prezident Obama bildirdi ki, o, bankların və maliyyə institutlarının fəaliyyət dairəsini məhdudlaşdırmaq isyəir. Onun sözlərinə görə maliyyə sektorunda konsolidasiyanı məhdudlaşdırmaq firmaların ifrat dərəcədə böyüməsinin qarşısını almaq məqsədi daşıyır.
XS
SM
MD
LG