Böyük Britaniya rəsmiləri deyir ki,
baş nazir Qordon Braun qarşıdan gələn ümummilli seçkilər öncəsi İraq
müharibəsinə dair ictimai sorğuda ifadə verəcək. Bundan əvvəl bildirilirdi ki, 2003-cü il işğalını
əhatə edən şərtləri araşdıran İraq şorğusunda seçkilərə qədər nə cənab Braun,
nə də digər nazirlər ifadə verəcək. Ancaq
bu yaxınlarda cənab Braun sorğu rəhbəri Con Çilkota deyib ki, o, hər an ifadə
verməyə hazırdır. Hərbi müdaxilə zamanı
Qordon Braun maliyyə naziri idi. Həmin
vaxt o, müdafiə xərcləri qərarına görə tənqidlərə məruz qalırdı.