Accessibility links

Türkiyədə Əl-Qaidə ilə əlaqəsi olmaqda şübhəli bilinənlər həbs edilib


Türkiyəpolisinin bildirdyinə görə, ölkə boyu Əl-Qaidə ilə əlaqəsi olmaqda şübhəli bilinən 100-ə qədər adam həbs edilib. Türkiyənin Anadolu xəbər agentliyi bu gün təhlükəsizlik qüvvələrinin ölkənin 16 şəhərində reyd keçirdiklərini bildirib. Xəbər agentliyinin məlumatında həbs edilənlər arasında İnternet vasitəsilə tələbə və müəllimləri Əfqanıstanda Əl-Qaidə tərəfindənterrorçu təlimləri almağa cəlb edən Van şəhəri universitetinin işçisinin də olduğu deyilir. Həbs edilən digər bir şəxsin isə Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətindəki Əl-Qaidə şəbəkəsinin lideri olduğu deyilir.

XS
SM
MD
LG