Yəmən hökumət rəsmiləri deyir ki, bazar günü hərbi yoxlama postunda üç əsgər yaralanıb. Rəsmilər silahlı şəxslərin cənubi Şabva vilayətindəki posta atəş açdıqlarını xəbər verir. Yəmən hökuməti Ərəbistan yarımadasında Əl-Qaida qrupunu dağıtmaq üçün artan beynəlxalq təzyiqlərlə üzləşir. Həmin terror qrupu Milad günü ABŞ-a uçan təyyarəni partlatmaq cəhdi üçün məsuliyyəti öz üzərinə götürüb. Obama administrasiyası vəd edib ki, Vaşinqton Yəmən təhlükəsizlik qüvvələrinə təlim-təchizat sarıdan yardımı çoxaltmaqla Yəmən hökumətinə terrorizmə qarşı mübarizəni gücləndirməkdə kömək edəcəklər.