Accessibility links

Pakistanda militantlar altı şəxsi edam ediblər


Pakistan rəsmiləri bildirirlər ki, ölkənin şimal-qərbində tayfaların yaşadığı bölgədə yaraqlılar 6 kişini Birləşmiş Ştatlara casusluqda ittiham edərək edam ediblər. Rəsmilər bu gün deyiblər ki, edam olunanlardan 5-nin cəsədini Şimali Vəziristanın ən böyük şəhəri olan Miran Şahın ətrafından və 6-cı adamın cəsədini isə Miran Şah yaxınlığındakı digər şəhərdən tapıblar. Pakistan rəsmiləri həmçinin deyirlər ki, ölkənin şimal-qərbində təhlükəsizlik qüvvələri ilə militantlar arasında baş verən toqquşmalarda 22 militant öldürülüb. Atışmalarda iki əsgər də həlak olub. Pakistan rəsmilərinin dediklərinə görə, atışma yaraqlıların polisin Orakzay bölgəsindəki yoxlama nəzarət məntəqəsinə hücuma keçməsindən sonra baş verib. Bu arada Pakistan rəsmiləri bildirirlər ki, hökumət qüvvələri Əfqanıstanla həmsərhəd Kurram mahalındakı yaraqlıların mövqelərini artilleriya atəşinə tutub.
XS
SM
MD
LG