Accessibility links

Birma müxalifət lideri Suu Kyi noyabrda azad ediləcək


Birmanın ali rəsmisi təkrarən deyib ki, demokratik hərəkat lideri Aunq San Suu Kyi ev dustaqlığından noyabr ayında azad ediləcək ki, bu, da onun qarşıdan gələn milli seçkilərə qatılması üçün gec olacaq. Yanvarın 21-də yerli rəsmilərlə keçirilən görüşün şahidlərinin sözlərinə görə, Daxili İşlər Naziri General-Mayor Maunq Oo 64 yaşlı Nobel Sülh laureatının ev dustaqlığının bitməsi müddətini açıqlayıb. Onun cəza müddəti keçən ilin avqust ayında əlavə 18 ay müddətinə uzadılmışdı. Amerikalı bir nəfər Ranqunda onun qaldığı evə icazəsiz daxil olduğuna görə, Suu Kyi cəza qaydalarını pozmaqda ittiham olunmuşdu. Hələlik seçkilərin dəqiq tarixini açıqlamayan hərbi hökumət səsvermənin azad, ədalətli və şəffaf keçəcəyinə söz verib.
XS
SM
MD
LG