Accessibility links

İranda ictimaiyyət qarşısında edam olub


İran dövlət xəbər agentliyinin məlumatına görə mərkəzi İsfahan şəhərində bir nəfər yüksək rütbəli ədliyyə rəsmisini qətlə yetidrdiyinə görə ictimaiyyət qarşısında edam olunub. İran məhkəməsi Cəmşid Hadianı ötən il şəhərin prokuror müavinini güllə ilə vuraraq öldürməyə görə məhkum edib. İranda sərt İslam qanunu olan şəriətə əsasən qətl, zorlama, silahlı basqın və narkotik qaçaqmalçılıq edamla cəzalandırılır. Ötən il Amnesty International təşkilatının hesablamalarına görə edamların sayında görə iran Çindən sonra ikinci yerdə gedir.
XS
SM
MD
LG