Accessibility links

Pxenyan daha bir amerikalını nəzarət altına alıb


Şimali Koreya Çindən qanunsuz sərhədi keçdiyinə görə ABŞ vətəndaşını nəzarət altına aldığını bildirib. Şimalın rəsmi Koreya Mərkəzi Xəbərlər Agentliyinin məlumatında deyilir ki, naməlum şəxs həftənin əvvəli sərhədi keçərkən saxlanıb. Agentlik hazırda təhqiqat aparıldığını bildirir. ABŞ diplomatları hadisə ilə bağlı məlumatlara malik olmadıqlarını deyiblər. Bu, sərhədi qanunsuz keçməyə görə Şimali Koreyada saxlanılan artıq ikinci şəxsdir. Bundan əvvəl dekabrın 25-i Milad bayramı günü saxlnmış şəxsin missioner Robert Park olduğu ehtimal edilir.
XS
SM
MD
LG