Accessibility links

İranda yenə iki nəfər edam edildi


İran mediasının məlumatında deyilir ki, ölüm cəzasına məhkum edilən iki nəfər - Məhəmməd Reza Əli Zamanı və Araş Rəhmanpura qarşı hökm icra edilmişdir. İranın Tələbə xəbər agentliyinin bildirdiyinə görə, həmin şəxslər keçən ilin iyun ayında prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarında iştirak etməkdə günahlandırılmışlar. Onlara qarşı Allaha qarşı müharibə və silahlı dəstələrin üzvü olmaları da daxil edilməklə, bir neçə ittiham irəli sürülüb.

İranın Dövlət televiziyası Press TV isə həmin şəxslərin 2008-ci ildə Şiraz şəhərində 13 nəfərin ölümü ilə nəticələnən bomba hücumunda əlləri olduğuna görə edam edildiklərini bildirib.

XS
SM
MD
LG