Accessibility links

Konqres liderləri prezidentin hesabat məruzəsinə qarışıq reaksiya veriblər


Konqres liderləri prezident Obamanın hesabat məruzəsinə qarışıq reaksiyalar veriblər. Demokratların bir çoxunun mühazirəni bəyəndiyi halda, respublikaçıların çoxu prezidenti ölkədəki problemlərə görə sələfi Corc Buşu günahlandırmaqda ittiham edirlər.

Respublikaçı senator Con Kil deyib ki, bir il vəzifədə olduqdan sonra prezident problemlərin məsuliyyətini öz üzərinə götürməlidir.

Tennessi ştatından respublikaçı senator Bob Korker bildirib ki, prezident öz çıxışında respublikaçılarla münasibətləri necə quracağı haqda bir söz deməyib.

Lakin Luiziana ştatından demokrat senator Meri Landryü prezidentin çıxışını müsbət qiymətləndirərək deyib ki, burada əsas diqqət kiçik biznes və orta sinfə yönəlmişdi.

Nümayəndələr Palatasının spikeri Nensi Pelozi bildirib ki, prezident Amerika xalqına daha güclü bir ölkə haqda baxışlarını çatdırmışdır. O deyib ki, birlikdə işləyərək, qanunvericilər iqtisadi inkişafa nail olmaq üçün casarətli bir plan hazırlaya bilərər.

XS
SM
MD
LG