Accessibility links

Senat İrana qarşı sanksiyaların gücləndirilməsini təsdiq etdi


ABŞ Senatı İranın həssas nüvə fəaliyyətlərini dayandırmasına təzyiqlər göstərmək məqsədi güdən sanksiyaları gücləndirəcək qanun layihəsini qəbul edib. Dünən qəbul olunan ölçü İrana benzin ixrac edən və ya neft emalı həcmini artırmasına kömək edən şirkətləri hədəf alır. Dünyanın başlıca neft hasilatçılarından olan İran benzininin 40 faizini idxal edir. Buna səbəb isə ölkənin emal etmədə olan çatışmazlıqlarıdır. ABŞ-ın Nümayəndələr palatası da oxşar qanun qəbul etmişdi. İki qanun arasındakı fərqlərı prezident Barak Obama aradan qaldırmalı və qanunun qüvvəyə minməsi üçün ona imza atmalıdır.
XS
SM
MD
LG