Accessibility links

Yəməndə qiyamçı lider atəşkəs razılığına hazırdır


Yəmənin şimalında qiyamçı lideri hökumətlə atəşkəs bağlamağa hazır olduğunu bəyan edib. Yəmən vebsaytlarında qoyduğu audi-yazıda şiə lideri Əbdül Malik əl Husi deyib ki, o, hökumətin ötən ilin sonunda qoyduğu şərtləri qəbul edəcək. Həmin vaxt hökumət qiyamçıların reiongda hücumlara və yerli hökumətin işlərinə mane olmağa son qoyduğu təqdirdə onlara daimi atəşkəs təklif etmişdi. Zəidi təriqətindən olan şiələr 2004-cü ildən bəri Yəməndə vuruşurlar. Onlar hökuməti şiələrin vətəndaş, iqtisadi və dini hüquqlarını pozmaqda ittiham edir.
XS
SM
MD
LG