Accessibility links

Malavi prezidenti Afrika Birliyinin sədri seçilib


Afrika Birliyinin İcraçı Şurasında mübahisələrlə müşayiət olan iclasından sonra qurumda sədrlik Malaviyə həvalə edilib.

Ənənəyə görə, birlikdə rəhbərlik Afrikanın beş regionu arasında rotasiya üzrə icra olunur. Bu il cənubi Afrikanın növbəsi idi.

Liviyanın lideri Müəmmar Qəzzafi mərkəzləşdirilmiş Afrika idarəçiliyinə dair planına dəstək qazanmaq məqsədilə birlikdə ikinci müddət sədrlik etmək üçün kampaniya aparırdı. Lakin Efiopiya paytaxtında Əddis Əbəbə zirvə görüşünə toplaşan Afrika liderləri Liviya liderinin planını qəbul etməyiblr. Malavinin prezidenti Binqu va Murtarika Afrika Birliyi komissiyasının sədri seçilib.

Sammitdə iştirak edən BMT-nin Baş katibi Ban Ki Mun Darfur slüh danışıqlarında inkişafa nail olmağa çalışır. Cənab Ban deyib ki, Sudan hökuməti və Darfurda üsyançı qruplar müharibənin dağıtdığı regionda sülh naminə güzəştlərə getməlidir.

XS
SM
MD
LG