Accessibility links

Sundance kino-festivalında sosial və siyasi mövzulara həsr edilmiş filmlərə yüksək mükafatlar verilib


Sosial və siyasi mövzularda çəkilmiş iki film Yuta ştatının Park Situ şəhərində keçirilən 2010-cu il Sundance kino-festivalının ən yüksək mükafatı alıb.

Kino-aktyor və rejissor Robert Redfordun sponsorluq etdiyi kino-festivalda Hollivuddan kənarda çəkilmiş filmlər nümayiş etdirilir.

Debra Qranikin çəkdiyi və ssenari müəllifi olduğu “Winter’s Bone” dram janrında festivalın ən yüksək mükafatına layiq görülüb.

Ən yaxşı sənədli film kateqoriyasında isə Amerika əsgərlərinin Əfqanıstanda həyatına həsr edilmiş “Restrepo”filmi mükafat almışdır. Sundance kino-festivalı bu il 26-cı dəfədir keçirilir.

XS
SM
MD
LG