Accessibility links

Iran ABŞ-ı Körfəz regionunda parçalanma yaratmaqda ittiham edir


İran Birləşmiş Ştatları körfəz ölkələrində ABŞ-ın raket əleyhinə müdafiə sistemləri yerləşdirməklə rəsmi Tehran və onun ərəb qonşuları arasında parçalanma yaratmaqda ittiham edib.

ABŞ rəsmiləri bazar günü İranın mümkün raket hücumlarından müdafiə olunmaq məqsədilə Körfəz regionunun dörd ölkəsində Patriot raketlərinin yerləşdirildiyini elan etmişdilər.

İran rəsmiləri ABŞ-ın “İranofobiyada” ittiham etmişlər. İran prezident Mahmud Əhmədinejad deyib ki, qərb ölkələri Körfəz ölkələrini zəif saxlayaraq, onlar arasında dostluq münasibətlərinin olmasını istəmir. O bildirib ki, Qərbin mövcudluğu regionda parçalanma və nifaq yaratmaqdan asılıdır.

Cənab Əhmədinejad bu açıqlamaları Qətərin ölkədə səfərdə olan şahzadəsi Şexy Tamim bin Həmad əl-Səni ilə görüş zamanı verib.

XS
SM
MD
LG