Accessibility links

Harayın bu həftəki mövzusu M.Ə.Rəsulzadənin İranın demokratiya yolunda xidmətləridir


Harayın bu həftəki mövzusu İranda demokratiyaya gedən yolda Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xidmətləri və onun fikirlərinin İranda Məşrutə inqilabı və ümumiyyətlə şərqdəki islahat hərəkətlərindəki roludur. Bu həftəki qonağımız isə tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin müəllimi Natiq Məmmədlidir. Cənab Məmmədli ilə müsahibəni təqdim edirik.

Sual: Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə İranda da fəaliyyət göstərib. İranda o zamankı demokratik inkişafla Məhəmməd Əmin Rəsulzadəni nə bağlayırdı.

Cavab:
Məhəmməd Əmin Rəsulzadənin həm ədəbi yaradıcılığı, həm siysi fəaliyyəti, həm ideoloji dünya görüşü tək Azərbaycanla yox, bütövlükdə Yaxın Şərq regionu ilə əhatə olunmuşdu. M.Ə.Rəsulzadənin təfəkkür tərzi, onun idealoji hədəfləri, Osmanlını qüdrətli dövlətə çevirmək idi, Azərbaycanı Şərqdə ilk demokratik cumhuriyyət etmək idi. İranda Məşrutə hərəkatında xüsusi aktivlik göstərib, onun idealoji liderinə çevrilmişdi . Bütün bunlar göstərir ki, o tək siyasi xadim deyildi və, onun düşüncəsində bütün türk-müsəlman dünyasının demokratik gələcəyinə inam var idi.

Sual: Məhəmməd Əmin Rəsulzadə İran Demokrat Partiyasında da fəaliyyət göstərib. Həmin partiyanın aparıcı qüvvələrindən, aparıcı insanlarından biri olub.

Cavab:
Biz Məhəmməd Əmin Rəsulzadəyə İran Demokrat Partiyasının görkəmli xadimlərindən biri kimi ona yanaşsaq yanılmarıq. Məhəmməd Əmin Rəsulzadə demokratik düşüncəli insan olduğuna görə Məşrutə Hərəkatına qoşulur, qısa müddətdə hərəkatın liderinə çevrilir. Həmin dövrdə İran inqilabının Məşrutə hərəkatının ilhamverici qüvvəsi olan İranı No yəni, İran xəbərləri qəzetinin baş redaktoru olur. Onun fasr dilində publisistikasında bizə heç nə gəlib çatmayıb. Məhəmməd Əmin Rəsulzadə fəaliyyəti Məşrutə Hərəkatında öz rolunu açıq şəkildə büruzə verdi.

Sual: Məhəmməd Əmin Rəsulzadə İranda maarifçi kimi yəni, İran Xəbərləri qəzetinin baş redaktoru kimi fəaliyyətini necə görürsünüz? Bu tarixi cəhətdən necə qiymətləndirilib? Həmin qəzetdə onun hansı məqalələri dərc olunubdur və bugünkü İran üçün həmin məqalələr xarakterikdirmi?

Cavab:
Onun qəzetdə yazdığı məqalələrin ana xəttini təşkil edən məsələ İranda konstitusiya islahatını həyata keçirtmək, Şah İrticasını demokratik addımlar atmağa sövq etmək və ümumiyyətlə İranın demokratikləşməsinə nail olmaqdan ibarət idi. Rəsulzadə İranda fəaliyyətində tək deyildi. Onu orada əqidə yoldaşları Cəlil Məmmədquluzadə dəstəkləyirdi. Molla Nəsrəddin jurnalı fəaliyyətini Təbrizə köçürmüşdü və Təbriz Azərbaycanın siyasi mərkəzi idi. Səttarxan hərəkatı geniş şəkildə müdafiə olunurdu. Məşrutə hərəkatının ürəyi Təbrizdə döyünürdü.

Sual: İranda Məhəmməd Əmin Rəsulzadənin vaxdında başlayan Məşrutə hərəkatının hələ də davam etməkdə olduğu deyilir. O zamankı Məşrutəçilərin ideyaları hazırda İranda həyata keçirilibdirmi? Və yaxud həmin ideyalar bu gün İran üçün xarakterikdirmi?

Cavab:
Məşrutə hərəkatının prinsipləri hazırkı Molla rejimi ilə ziddəyyət təşkil edir. Əgər həmin dövrdə Şah parlamenti qovmasaydı, Konstitusiya islahatlarını yarımçıq saxlamasaydı İran indi Yaxın Şərqin ən modern, demokratik dövlət modelinə malik olardı. Çox təəssüf ki, Şah sonradan Məşrutə hərəkatına qarşı hücuma keçdi və İranı ən azı 200-300 il geri atdı. Ancaq Məşrutənin prinsipləri hələ də azərbaycanlıların ürəyində bir miskil kimi qalıb.

Sual: Məhəmməd Əmin Rəsulzadənin İranla bağlı, Məşrutə hərəkatı ilə bağlı məqalələri var. Onun məqalələrində İran Konstitusiyasının islahatlarında əsas aparıcı xətt nə idi?

Cavab:
Məhəmməd Əmin Rəsulzadənin bununla bağlı müxtəlif məqalələri var. Tək bu məqalələri demək olmaz, onun yaradıcılığında İranda Məşrutə hərəkatındakı fəaliyyəti qırmızı xətt kimi keçir. Məsələn “Əsrimizin Səyavuşu” əsərində Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsi və İranda baş verən siyasi proseslər arasında paralellik apararaq yazır: Bir dəfə İranı, ikinci dəfə Turanı satan qara üzlü bir iz çıxdı kürsüyə, üçüncü dəfə Azərbaycanı satdı. Bu o deməkdir ki, bu irticaya xidmət edən qüvvələr həm İranı, həm Turançılıq idealogiyasını viran qoydular və son nəticədə Azərbaycan Xalq Cumhuriyyətinin təslimçilik yola getməsinə səs verdilər. “Çağdaş Azərbaycan” əsərini də vurğulamaq lazımdır. Bu tarixi əsərdə həm İranda baş verən Məşrutə hərəkatı, həm də XX əsrin əvvəllərində Azərbaycan türklərinin apardığı Azadlıq hərəkatının bütün detalları təhlil olunur və ən əsası odur ki, mübarizənin gələcək perspektivləri ilə bağlı öz proqnozlarını verir. Həmin proqnozlarda o dayanır ki, bizim hədəflərimiz Qərbə tuşlanmalıdır. Qərb dəyərlərinə söykənməlidir. Qərbləşmək, müasirləşmək həm bizim bayrağımızın simvoludur, həm də Azərbaycan kimi müsəlman Şərqinin gələcəyinin məhz Qərbdə olduğunu göstərirdi. Məhəmməd Əmin Rəsulzadənin ideologiyasının mahiyyətində bu dayanırdı.

Mövzuya uyğun

XS
SM
MD
LG