Accessibility links

İran prezident seçkilərinə qarşı etiraz aksiyalarının təşkilində əli olanların edam ediləcəyini bildirib


İranın yüksək səviyyəli ədliyyə rəsmilərinin bildirdyinə görə, keçən ilin iyun ayında keçirilən prezident seçkilərindən sonra ölkədə zorakılıqlarla nəticələnən etiraz aksiyalarının təşklində əli olan əlavə 9 nəfər edam ediləcək.Fars xəbər agentliyinin hökumət rəsmisi İbrahim Rəisiyə istinadən yaydığı xəbərdə deyilir ki, artıq keçən həftə edam edilən iki nəfər kimi həmin 9 nəfər də İran inqilabına qarşı olan qruplarla əlaqədə olmuşlar.

İran rəsmiləri müxalifət fəalları Məhəmməd Reza Əli Zamani və Araş Rəhmanpurun keçən ilin iyun ayında Mahmud Əhmədinejadın yenidənprezident seçilməsindən sonra keçirilən etiraz aksiyaları iştirakçıları sırasında ilk edam edilənlər olduqlarını deyirlər.


XS
SM
MD
LG