Accessibility links

Bill Klinton yenidən Haitiyə gedib


ABŞ-ın keçmiş prezidenti və BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi Bill Klinton Haitiyə yardım çatdırmaq və ölkə liderləri ilə görüşmək çüün bu gün Karib hövzəsi ölkəsinə qayıdıb. Sabiq prezident deyir ki, o, qarşıdakı həftələr və aylar ərzində Haitiyə yardımın davam etdirilməsini təmin altına almaq istəyir. İki gün öncə BMT baş katibi Ban Ki Mun cənab Klintondan xahiş edib ki, qurbanlara beynəlxalq yardımları almasını koordinasiya etsin. Üzərindın 3 həftədən çox müddət keçən Rixter Şkalası ilə 7 ballıq zəlzələ Haiti paytaxtı qalıqlar altında qoyub. Çadırlarda sığınan insanlar hələ də lazımı ərzaq, su və tibbi qayğı ehtiyacı ilə üzləşirlər.
XS
SM
MD
LG