Əfqanıstan polisinin bildirdiyinə görə, sərhəd polisi səhv olaraq üsyançı bildiyi yeddi mülki vətəndaşı güllə ilə vurub öldürüb.
Sərhəd polis idarəsinin rəisi Əbdül Raziq müxbirlərə insidentin Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında Qəndəhar vilayətinin Subarak rayonunda baş verdiyini bildirib.
Mülki şəxslər ağac yığdıqları zamanı sərhəd polisinin altı işçisi onlara rast gəlib.
Razi bildirib ki, hadisəyə səbəb olmuş zabitlər sorğu-sual edilir, insidentlə bağlı təhqiqat gedir.