Accessibility links

ABŞ maliyyə naziri iqtisadiyyat barədə nikbindir


ABŞ maliyyə nazirliyi Tim Qaytner deyir ki, Amerika iqtisadiyyatının tənəzzülə uğraması şansları indi keçən il olduğundan azdır. ABC telekanlına müsahibədə Qaytner 2009-cu ilin son rübündəki göstəricilərə işarə edərək deyib ki, ABŞ iqtisadiyyatı dirçəlir. Qaytner bildirib ki, Obama administrasiyası hazırda iqtisadiyyatın yeni iş yerləri yaratmasına çalışır. Hökumət cümə günü yanvar ayı ərzində 20 min iş yerinin itirildiyini açıqladı, hərçənd ki, işsizlik 10 faizdən 9.7 faizə enib. Maliyyə naziri habelə xəbərdarlıq etdi ki, ölkənin artan borcu onun kredit reytinqinə təsir göstərə bilər.
XS
SM
MD
LG