İran hərbi hava qüvvələrinin komandiri deyir ki, onun ölkəsi Moskvanın Tehrana verməkdə yubandığı hava müdafiəsi sisteminə oxşar sistem quraşdırmaqdadır.Heymətulla Kasiri deyib ki, iranlı ekspertlərRusiyanın qüdrətli S-300 sisteminə bənzər sistem üzərində işləyirlər və o, yaxın gələcəkdə hazır olacaq.O, Rusiyanın 2007-ci il razılığına əsasən hava müdafiəsi qurğularının İrana verilməməsi üçün göstərilən səbəbləri “qəbuledilməz” adlandırıb.İran rəsmiləri yubanmanı ABŞ və İsrailin təzyiqləri ilə əlaqələndirir.Bu iki ölkə Rusiyanın İrana S-300 sistemi satmasına kəskin etiraz edirlər.