Accessibility links

Əfqanıstanda qar sürüşmələri 157 insanın ölümünə səbəb olub


Əfqanıstanda paytaxtı Kabilin 100 kilometrliyində yerləşən Salanq aşırımında qar sürüşməsindən sonra ordunun yük maşınları insanları oradan evakuasiya edir.

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, dağlarda qar sürüşmələri nəticəsində azı 157 adam həlak olub.

3400 metr hündürlüyündə dağların arası ilə keçən Salanq aşırımı Kabili şimalda yerləşən Məzari-Şərif şəhəri ilə bağlayır.

Yerli rəsmilər bildirir ki, qar sürüşmələrinə bir neçə gün yağan güclü qar səbəb olmuşdur. Bu, yollar və tunellərin bir hissəsin bağlanmasına gətirib çıxarmışdır.

Prezidenr Həmid Karzai hadisə qurbanlarının ailələrinə başsağlığı vermiş və əfqan yardım işçilərinə bərpa səylərini kömək etməyi tapşırmışdır.

XS
SM
MD
LG