Accessibility links

İranda hökumət qüvvələri müxalifətlə toqquşub


İranda hökumət qüvvələri İslam Respublikasının qurulmasının 31-ci ildönümü münasibətilə Tehranda keçirilən izdihamlı nümayişlərdə müxalifət tərəfdarları ilə toqquşublar.

İranın müxalifət vebsaytları xəbər verir ki, təhlükəsizlik qüvvələri nümayişləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.Bəzi məlumatlara görə islahatyönümlü siyasətçilər, Mehdi Kərrubi və sabiq president Məhəmməd Xatəmi, nümayişlərə qatılan zaman hücuma məruz qalıblar.

Müxalifət habelə xəbər verir ki, rəsmilər cənab Xatəminin baldızı Zəhra Eşraği və onun ərini qısa müddətə həbsə alıblar.Eşrağı İslam İnqilabının banisi Ayətulla Ruhulla Xomeyninin nəvəsidir.

Bu arada Tehranın Azadi meydanında president Mahmud Əhmədinejad yüz minlərlə insan kütləsi qarşısında nitq söyləyib.Öz çıxışında cənab Əhmədinejad İran xalqının nailiyyətlərini alqışlamış, Qərbi pisləmiş, və iranlı alimlərin yüksək dərəcəli nüvə yanacağı hasil etdiklərini élan etmişdir.

XS
SM
MD
LG