Accessibility links

Dünənki çovğundan sonra Vaşington bölgəsində yolların qardan təmizlənməsi işləri yenidən başlayıb


Birləşmiş Ştatların şimal şərq hissəsi bir həftə ərzində ikinci güclü çovğunun təsirindən çıxandan sonra indi yolların qardan təmizlənməsi üçün gərgin fəaliyyət göstərilir. Şiddətli boran nəticəsində Paytaxt Vaşinqtondan Nyu Yorka qədər olan bölgənin bəzi hissələrində dünən hətda yolların təmizlənməsi fəaliyyətlərinin belə davamına imkan olmayıb, təmizləmə maşınları işlərinə davam edə bilməyib.

Qar tufanının təsiri altında qalan Vaşinqton və başqa bölgələrdə hökumət idarələri dördüncü gündür ki, bağlıdır. Qeyri-sabit hava şəraitinin istehsal və xidmət sahələrində fəaliyyətə təsirinin, məhsuldarlığın azalması səbəbi ilə gündə yüz milyon dollara başa gəldiyi təxmin edilir. Çovğun hökumət idarələrindən başqa məktəblərin və çoxlu bizneslərin bağlı qalmasına səbəb olub, Nyu York, Fladelfiya, Baltimor və Vaşinqton şəhərlərindəki airaportlarda yüzlərlə təyyarə uçuşu təxirə salınıb. Milli Hava Agentliyi Vaşington bölgəsində qarın səviyyəsinin bu gün səhər 53 santimetr olduğunu bildirib. Bir neçə gün əvvəl isə Vaşinqton ətrafında bəzi mahallar 90 santimetr qarla örtülmüşdü. Agentlik bəzi bölgələrdə qar yağışının record səviyyəyə çatdığını bildirib.

XS
SM
MD
LG