Accessibility links

Çin prezident Obamanın Dalay Lama ilə görüşmək planının ləğvinə çağrır


Çin prezident Barak Obamanın gələn həftə Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşmək planının ləğvi üçün Birləşmiş Ştatlara xəbərdarlıq edib.

Çinin rəsmi Sinxua xəbər agentliyinin Xarici İşlər Nazirliyinin sözçüsü Ma Tsaoxoya istinadən bildirdiyinə görə, Çin qəti olaraq bu görüşə qarşıdır. O, Birləşmiş Ştatları Tibetlə bağlı məsələlərin çox həssas olduğunutam anlamağa çağırıb. Belə bir çağırışla bu yaxınlarda Çin Kommunist Partiyasının Tibetlə bağlı məsələlər üzrə komissiyasının sədr müavini Zu Viqun da çıxış etmişdi. O demişdi ki, əgər ABŞ lideri Dalay Lama ilə görüşsə, bu, Çin və Birləşmiş Ştatlar arasında əməkdaşlıq və inamı təhlükə qarşısında qoyacaq.

Ağ Ev dünən bildirib ki, prezident Obamanın Dalay Lama ilə görüşü fevral ayının 18-nə təyin edilib. Ağ Evin sözçüsü Robert Gibbsin dediyinə görə, cənab Obama Dalay Lamanı Nobel sülh mükafatı Laureatı, Tibetin ruhani lideri və beynəlxalq aləmdə hörməti olan bir dini şəxsiyyət kimi qəbul edəcək.


Birləşmiş Ştatlar Tibeti Çinin bir hissəsi kimi tanısa da, həm Pekini, həm də Dalay Lamanı regionun gələcəyi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqlar aparmağa çağırır.


Qeyd edək ki, Çin Tibeti 1950-ci ildə ələ keçirib. Dalay Lamanın isə Çinin tibetlilərin doğma yurdlarındakı hakimiyyətinə qarşı qaldırdığı qiyam uğursuzluğa düçar olandan sonra o, 1959-cu ildə Hindistana qaçıb vəorda sürgündə yaşamağabaşlayıb.ÇinDalay Lamanı separatistadlandırır və xarici ölkə liderlərinin onu qəbul etməsinin qarşısını alma səyləri ilə Ruhani lideri təcrid etməyə çalışır.


XS
SM
MD
LG