Accessibility links

Taliban bomba hücumunun məsuliyyətini öz üzərinə götürüb


Əfqanıstanın taliban yaraqlıları bir neçə Amerika əsgərinin yaralanmasına səbəb olan bomba hücumunun məsuliyyətini öz üzrlərinə götürüblər. Hücum Pakistan sərhəddi yaxınlığında, Paktiya vilayətində yerləşən Amerika – Əfqan birgə hərbi bazasınn yaxınlığında baş verib . Paktiya vilayəti idarəsinin sözçüsü hücumda 5 əsgərin yaralandığını bildirib. ABŞ-ın hərbi rəsmiləri Əfqanıstanın şərqində baş verən bir partlayış nəticəsində bir neçə Amerika əsgərinin xəsarət aldıqlarını təsdiq ediblər, lakin bu barədə ətraflı məlumat verməyiblər.
XS
SM
MD
LG