Accessibility links

Keçmiş prezident Bil Klinton ürək arteriyasının blokadası götürüldükdən sonra xəstəxanadan çıxıb


ABŞ-ın keçmiş prezidenti Bil Klinton gecə ürəyində koronar arteriyanın blokadası götürüldükdən sonra xəstəxanadan çıxıb Nyu York şəhəri yaxınlığında evinə qayıdıb.

Cənab Klinton bir neçə gün ürək nahiyəsində ağrılardan sonra dünən Nyu York şəhər xəstəxanasına aparılmışdır.

Onun kardioloqu doktor Alan Şvarts deyir ki, cənab Klintonun arteriyalarından biri tamamilə bağlanmışdı. Kardioloq bu adi prosedurun rahat keçdiyini və cənab Klintonun sağlıq proqnozlarının əla olduğunu deyib.

2004-cü ildə ürəyində dörd arteriyanın blokadasının açılması üçün şuntlama əməliyyatı olmuş cənab Klintonun bazar ertəsi günü işə qayıda biləcəyi bildirilir.

XS
SM
MD
LG