Accessibility links

ABŞ prezidenti ictimai borcla bağlı yeni qanun imzaladı


ABŞ prezidenti Barak Obama Amerikanın iki trilyon dollar borc almasına icazə verəcək qanun imzalayıb. Prezident qanunu dünən axşam xüsusi bir təntənə olmadan imzalayıb. ABŞ-ın daşıya biləcəyi maksimum borc indi 14.3 trilyon dollardır. ABŞ əvvəlki maksimumunu ötmək ərəfəsindədir. Bu hadisələr Amerika ictimaiyyətinin hökumət xərclərinin artmasından narahatlığının artması fonunda cərəyan edir. Bu qorxuları azaltmaq üçün qanunda borcları vaxtında ödəmək barədə müddəa da yer alıb. 1990-cı illərdə prezident Bill Klintonun imzaladığı qanun yeni xərcləri ödəmək üçün başqa sektorlarda vergi artımları və ya xərclərin kəsilməsini şərtləndirirdi.
XS
SM
MD
LG