Accessibility links

Almaniyada neo-nasistlər Drezdenin bombalanmasını yad edir


Almaniya polisi Drezdendə neo-nasistlərin şəhərin müttəfiq qüvvələri tərəfindən bombalanmasının 65-ci ildönümünü qeyd etməyə hazırlaşdıqları bir vaxt sayıqlığını artırıb. Solçu qüvvələr əks nümayişlər təşkil ediblər. On minə yaxın anti-nasist nümayişçilər neo-nasistlərin yürüş nöqtəsinə çatmasının qarşısını almaq üçün canlı sipər yaradıblar. Qruplar arasında toqquşmanın qarşısını almaq üçün sərt təhlükəsizlik tədbirləri görülüb. Bu ilki nümayişdə 7,000 neo-nasistin iştirakı gözlənilir. Şəhər rəsmiləri yürüşün qadağan olunmasına çalışıblar, lakin məhkəmə bu cəhdlərin qarşısını alıb. 1945-ci il, fevralın 13-ü və 14-də Britaniya və ABŞ təyyarələri Drezdeni bombayalayaraq təqribən 25,000 adam öldürüblər.
XS
SM
MD
LG