Accessibility links

Pakistanın şimaı-qərbində ABŞ-ın pilotsuz idarə edilən təyyarəsindən atılan raket beş adamın ölümünə səbəb olub

Pakistan rəsmiləri ölkənin qəbilələrin yaşadğı şimal-qərb bölgəsində ABŞ-ın pilotsuz idarə edilən təyyarəsinin hava hücumu nəticəsində beş nəfərin öldüyünü bildiriblər.

Rəsmilərin bildirdiyinə görə, Pakistanla Əfqanıstan arasında sərhəddə yerləşən Şimali Vəziristan bölgəsində atılmış iki raket binaya dəymişdir.

Bölgə əl-Qaidə və Talibanın istinadgahı hesab edilir. Ölənlərin kimliyi məlum deyil.

ABŞ keçən il Əfqanıstanda Mərkəzi Kəşfiyyat agentliyinin yeddi agentinin ölümülə nəticələnmiş bomba hücumundan sonra regionda piotsuz idarə edilən təyyarələrdən raket hücumlarını artırıb.

XS
SM
MD
LG