Accessibility links

ABŞ Suriyaya yeni səfirini təyin edib


ABŞ Suriyaya yeni səfirini təyin edib
ABŞ Suriyaya yeni səfirini təyin edib
<!-- IMAGE -->

Birləşmiş Ştatlar prezidenti Barak Obamanın 2005-ci ildən bəri ilk dəfə Suriyaya səfir təyin etməsindən bir gün sonra ABŞ Dövlət Departamentinin rəsmisi Villiam Börns Dəməşqdə Suriya prezidenti Bəşər Əl-Əsədlə görüşüb.

Dünən Ağ Ev Birləşmiş Ştatlar diplomatı Robert Fordun Suriyaya səfir təyin edildiyi barədə bəyanat açıqlayıb. Səfirin bu təyinatını Senat da təsdiq etməlidir.Uzun illərdir diplomat olan və hal-hazırda İraqda səfir müavini vəzifəsində çalışan Robet Ford ərəb dilində mükəmməl danişir. O, eləcə də, 2006-cı ildən 2008-ci ilədək Əlcəzairdə səfir işləmişdir. Ağ Ev prezident Obamanın təyin etdiyi şəxsinBirləşmiş Ştatların maraqlarına uyğun qaydada Suriya xalqı və hökuməti ilə rabitəni yaxşılaşdıracağını söyləyib.


XS
SM
MD
LG