Accessibility links

Rusiya ilə separatçı Abxaziya arasında hərbi bazanın inşası barədə razılıq imzalanıb


Rusiya ilə separatçı Abxaziya arasında hərbi bazanın inşası barədə razılıq imzalanıb
Rusiya ilə separatçı Abxaziya arasında hərbi bazanın inşası barədə razılıq imzalanıb
<!-- IMAGE -->

Rusiya və Gürcüstanın separatçı Abxaziya regionun rəsmiləri Moskvada Rusiyanın bu bölgədə hərbi baza inşa etməsi barədə razılıq imzalamışlar. Razılığın bu gün, Rusiyanın müdafiə naziri Anatoli Serdyukov və Abxaziyanın müdafiə rəsmiləri tərəfindən imzalandığı bildirilir. Reuters xəbər agentliyinin bildiridyinə görə, hərbi baza artıq Rusiyanın həmin bölgədə 3 000-ə yaxın əsgəri qüvvəsinin yerləşdirildiyi ərazidə inşa ediləcək.

2008-ci ildə Tbilisi və vasitəçi qərb dövlətlərinin sərt etirazlarına baxmayaraq, Moskva Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımışdı.Gürcüstan bu razılığı pisləyib.Ölkə parlamentinin spikeri David Bakradze deyib ki, bu razılıq Rusiyanın Gürcüstan ərazisini zəbtini qanuniləşdirməyəcək.


XS
SM
MD
LG