<!-- IMAGE -->Rusiya
rəsmisi
deyir ki, texniki problemlər səbəbilə İrana havadan müdafə raket sisteminin
göndərilməsi təxirə salınıb. Ölkə mətbuatı həmin rəsmiyə istinadən
verdiyi məlumata görə, problemlər həll ediləndən sonra proses həyata
keçiriləcək. Ancaq o, problemin nə qədər müddət ərzində həll ediləcəyi barədə
heç bir açıqlama verməyib. İran iki ölkə arasında imzalanmış razılıq əsasında Tehranı S-300
sistemi ilə təmin edə bilməməsinə görə Moskvadan şikayətlənirdi. İran rəsmiləri
bildirmişdilər ki, ləngimə ABŞ və İsrailin təzyiqləri altında baş verir.İki
ölkə Tehrana İranın nüvə obyektlərinə hücumların qarşısını almağa imkan verən
raket sistemlərinin satılmasına ciddi qarşı çıxır.S-300 növlü təyyarə və raket vuran sitemin İrana göndərilməsinin təxirə salınması İsrailin baş naziri Benyamin Netanyahunun Moksva səfərindən bir gün sonraya təsadüf edir. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana nüvə zənginləşdirilməsi fəaliyyətini dayandırmağı tövsiyə edərək bildirib ki, əks təqdirdə BMT-nin Təhlükəsizlik Şurası bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edə bilər.